Barselona FK

İspaniya FK Barselona
Futbol Club Barcelona
Loqonun şəkli
Klubun tam adı Futbol Klubu Barselona
(isp. Fútbol Club Barcelona[1])
Ölkə İspaniya İspaniya
Ləqəb(lər) Barça (Barça)
Blaugranas (Göy-qırmızılar)
Cataloness (Kataloniyalılar)
Rəng(lər)          Göy-Qırmızı
Yaranma tarixi 29 noyabr 1899) (1899-11-29)
Foot-Ball Club Barcelona kimi
Stadionu Kamp Nou
Tutumu 99 354[2]
Prezidenti İspaniya Xuan Laporta
Baş məşqçisi İspaniya Xavi
Liqa La Liqa
2022-23 1
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Barselona FK (isp. Fútbol Club Barcelona, kat. Futbol Club Barcelona) — Barselona şəhərini təmsil edən Kataloniya bölgəsindən olan ispan futbol klubu.

1899-cu ildə Joan Gamper başçılıqı ilə bir qrup İsveçrə, İngiltərəKataloniyadan olan futbolçularla birlikdə qurulan klub, Kataloniya mədəniyyətinin və katalanizmin simvoluna çevrildi, məhz buna görə klubun devizi Més que un club (Bir klubdan daha artıq) oldu. Dünyanın ən bahalı (4.08 milyard) və ən zəngin (840.8 milyon) birinci komandasıdır.[3][4] Rəsmi Barselona himni Cant del Barça, Jaume Picas və Josep Maria Espinas tərəfindən yazılmışdır.[5]

Ölkə yarışlarında Barselona 26 La Liqa, 30 Kral Kuboku, 13 İspaniya Superkuboku və 2 İspaniya Liqa Kuboku, 3 Yeva Duarte Kuboku sahibidir. Ölkədaxili ən çox kubok qazanan komandadır (74). Həmçinin , Top 5 liqada ən çox rəsmi kubok sahibi olan komandadır (91). Beynəlxalq yarışlarda isə klub Barselona 5 UEFA Çempionlar Liqası, 5 UEFA Superkuboku, 4 UEFA Kuboklar Kuboku, 3 FİFA Klublararası Dünya Çempionatı qazanıb.[6]

Barselona dünyanın ən çox dəstəklənən komandalarından biridir və idman komandaları arasında dünyanın ən böyük sosial mediasına sahibdir.[7][8] Bundan başqa Ronaldo, RomarioRonaldinyo da daxil olmaqla FİFA-nın ilin ən yaxşı oyunçusu mükafatını rekord sayda 7 dəfə qazanıb, o cümlədən Qızıl top mükafatını 11 dəfə qazanıblar. 2010-cu ildə klubun gənclər akademiyasından gələn Lionel Messi, Andres İnyestaXavi FİFA Qızıl topu mükafatının ən yaxşı üç oyunçusu seçiliblər.

Barselona, Atletik BilbaoReal Madrid ilə birlikdə 1929-cu ildə qurulduğu gündən bəri La Liqanı heç vaxt tərk etməyən 3 klubdan biridir. 2009-cu ildə Barselona, La Liqa, Kral KubokuUEFA Çempionlar Liqası ibarət üç turnirdə qalib gələrək trebl və həmçinin, bir ildə altı turnirin hamısını qazanan ilk ispan futbol klubu oldu, bundan əlavə həmin il İspaniya Superkuboku, UEFA SuperkubokuFİFA Klublararası Dünya Çempionatının sahibi oldu. 2011-ci ildə klub yenidən UEFA Çempionlar Liqası çempionu oldu və beş kubok qazandı. Pep Qvardiolanın rəhbərliyi altında cəmi 4 ildə 14 kubok qazanan bu Barselona komandası, çoxlu futbol azarkeşləri tərəfindən futbolun bütün zamanlarının ən yaxşı komandası kimi hesab edilir. 2015-ci ildə UEFA Çempionlar Liqası kubokunu qazanan Barselona, futbol tarixində iki dəfə trebl qazanan ilk Avropa klubu oldu. Barselona Liqanı 26 dəfə qazanıb.

  1. "Fútbol Club Barcelona" (ispan). Peşəkar Futbol Liqası. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 Yanvar 2019.
  2. Camp Nou Arxivləşdirilib 2016-06-09 at the Wayback Machine – FK Barselona rəsmi veb saytı
  3. "Dünyanın ən bahalı futbol komandaları". Forbes. 12 İyun 2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.
  4. "Deloitte Football Money League 2020". Deloitte. 30 Yanvar 2020. 2014-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.
  5. "Barsanın himn tarixi". FK Barselona. 2017-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 Sentyabr 2017.
  6. "Barsanın naliyyətləri". FK Barselona. 2009-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Avqust 2020.
  7. "Barsa, dünyanın ən sevilən klubu" Arxivləşdirilib 2014-11-14 at the Wayback Machine. Marca. Madrid. 15 dekabr 2014.
  8. "Barselona Sosial ulduz mükafatında qalib gəldi". The Straits Times. 3 Noyabr 2013 tarixində orijinalından arxivləşdirilib.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search